Mingəçevir-Goran mənzilində 2 km dəmir yolunun əsaslı təmirinə başlanılıb

Mingəçevir-Goran mənzilində 2 km dəmir yolunun əsaslı təmirinə başlanılıb
# 14 aprel 2012 08:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA. «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası çərçivəsində bu gündən Mingəçevir-Goran mənzilində 2 km yolun əsaslı təmirinə start verilib. «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, artıq səhər saatlarında işə start verilib və köhnə yolun söküntüsü başa çatmaq üzrədir. Aprel ayı ərzində Mingəçevir-Goran və Mingəçevir-Yevlax mənzillərində 12 km yolun əsaslı təmir edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir. Qurumun İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı sahəsində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Əsaslı təmir işlərinə ötən ilin iyun ayının 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bakı-Böyük Kəsik-Bakı sahəsində indiyə kimi 73 km yol əsaslı təmir olunub.

Əsaslı təmir işlərinə «Azərbaycan Dəmir Yolları» QSC «Dəmiryolservis» MMC-nin 4 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub. Yolların əsaslı təmiri prosesini Çexiya «Eximbank”ının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatdıqdan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR