BVF Ermənistana 50,7 mln. dollar kredit ayırıb

BVF Ermənistana 50,7 mln. dollar kredit ayırıb
# 22 iyun 2012 07:36 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Şurası “Genişləndirilmiş maliyyələşdirmə” (EEF) və “Genişləndirilmiş kreditləşdirmə” (ECF) proqramları çərçivəsində Ermənistan üzrə yekun – dördüncü yoxlamanı başa çatdırıb.

APA-Economics”in xəbərinə görə, BVF-nin İrəvan ofisinin bununla bağlı yaydığı açıqlamada bildirilir ki, yoxlamanın nəticəsi olaraq Ermənistana 50,7 mln. dollar məbləğində kredit tranşının ayrılmasına qərar verilib.

Bu vəsait Ermənistan hökumətinə əlavə vəsaitlər cəlb etməklə layihələrin ümumi məbləğini 268,8 mln. dollara çatdırmaq imkanı verəcək. BVF Ermənistan üzrə ümumi dəyəri 403,8 mln. dollar olan iki layihəni 2010-cu ildə təsdiqləyib.

Açıqlamada həmçinin qeyd olunur ki, 2012-ci il üçün Ermənistan iqtisadiyyatının perspektivləri ortamüddətli planda müsbətdir, amma Avropada müşahidə olunan və Rusiya vasitəsilə təsirini göstərən risklərdən də sığortalanmayıb: “Ötən il 4,6% böyüyən Ermənistan iqtisadiyyatında artım bu il 4%-i keçməyəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR