Azərbaycan taekvondoçuları İspaniyada 1 qızıl və 2 gümüş medal qazanıblar

Azərbaycan taekvondoçuları İspaniyada 1 qızıl və 2 gümüş medal qazanıblar
# 26 mart 2012 09:58 (UTC +04:00)
Bakı-APA. Azərbaycan taekvondoçuları növbəti uğura imza atıblar. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Hollandiyanın açıq çempionatının ardından, İspaniyada bayrağımızı 3 dəfə dalğalandıran taekvondoçularımız, Azərbaycan himnini də səsləndiriblər.

Belə ki, Alikantedə Dünya Taekvondo Federasiyasının (WTF) reytinqli yarışlarından olan və Avropa Taekvondo Birliyinin (ETU) A dərəcəli turniri sayılan İspaniyanın 10-cu açıq çempionatın (“Spanish Open”) 3 final döyüşündə iştirak edən idmançılarımız 1 qızıl və 2 gümüş medal qazanıblar. London Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən Ramin Əzizov (80 kq) qızıl medal uğrunda mübarizədə Augustin Bata (Fransa) üzərində 9:1 hesablı inamlı qələbə ilə daha 20 reytinq xalı əldə dib.

Perspektivli taekvondoçularımızdan Elvin Məmmədov (74 kq) Raul Martinezlə (İspaniya), Xəyalə Quliyeva (46 kq) isə Rukiye Yıldırımla (Türkiyə) həlledici döyüşü əldən versə də, ümumilikdə 13 xal toplayan komandamız 30 ölkə arasında 4-cü nəticə göstərib.

Qeyd edək ki, Olimpiya seçməsi üzvlərinin çıxış etdikləri yarışlar aprelin əvvəlində Misirin Şarm əl-Şeyx şəhərində gənclərin dünya çempionatına və mayın ilk günlərində İngiltərənin Mançester şəhərində böyüklərin Avropa çempionatına hazırlıqları baxımından da önəmli olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR