«Başak İnam» bu il kənd təsərrüfatı sığortası üzrə daxilolmalarını 3 dəfə artırmaq niyyətindədir

«Başak İnam» bu il kənd təsərrüfatı sığortası üzrə daxilolmalarını 3 dəfə artırmaq niyyətindədir
# 01 mart 2012 14:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Başak İnam» sığorta şirkəti 2012-ci ildə «Kənd təsərrüfatı sığortası» növü üzrə 1 mln. manata yaxın sığorta haqqı toplayacağını proqnozlaşdırır. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Orxan Həsənov bildirib.

O.Həsənovun sözlərinə görə, 2011-ci ildə şirkətin kənd təsərrüfatının sığortası üzrə yığımları 300 min manat olub. Strateji plana uyğun olaraq, şirkət cari ildə bu sığorta növü üzrə yığımların həcmini 3,3 dəfə artıraraq 1 mln. manata çatdırmağı planlaşdırır.

O.Həsənov bildirib ki, ötən il şirkətin ümumi yığımlarında «Kənd təsərrüfatı sığortası» növünün xüsusi çəkisi 10,4% təşkil edib.

Qeyd edək ki, 2011-ci ildə «Başak İnam»ın daxilolmaları 2,873 mln. manat, ödənişləri isə 1,278 mln. manat olub.

Qeyd edək ki, səhmdarları Fransanın «Groupama» (49%), «Turanbank» ASC (15%), «Azər-Türk Bank» (10%), «Aqrarkredit» qeyri-bank kredit təşkilatı (1,2%) və fiziki şəxslər (24,8%) olan «Başak İnam» sığorta şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 6 mln. manat təşkil edib. Şirkət müştərilərə 4 icbari və 27 könüllü sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR