Ali məktəblərə sınaq imtahanlarının cədvəli açıqlanıb

Ali məktəblərə sınaq imtahanlarının cədvəli açıqlanıb
# 16 mart 2012 09:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ali məktəblərə sınaq imtahanlarının cədvəli açıqlanıb. APA-nın məlumatına görə, sınaq imtahanları aprelin 8-dən başlayacaq. Həmin ayda ikisi əsas, ikisi təkrar olmaqla 4 sınaq imtahanı keçiriləcək. Əsas sınaq imtahanları aprelin 8-i və 22-də, təkrar sınaq imtahanları isə aprelin 15-i və 29-da olacaq. Mayın 6-sı əsas sınaq imtahanı olacaq. Mayın 20-də keçirilən təkrar sınaq imtahanı isə Bakıda deyil, yalnız regionlarda təşkil ediləcək. İyunun 3-ü və 10-da əsas sınaq imtahanları keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR