Kanadanın İrandakı mənafeyini İtaliya qoruyacaq

Kanadanın İrandakı mənafeyini İtaliya qoruyacaq
# 18 sentyabr 2012 12:37 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Kanadanın İrandakı mənafeyini İtaliya qoruyacaq. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İtaliyanın xarici işlər naziri Giulio Terzi açıqlama verib. Onun sözlərinə görə, İtaliya Kanadanın İrandakı mənafeyini qorumaqla yanaşı, bu ölkə üçün konsulluq xidmətləri və digər işləri həyata keçirəcək: “Kanada vacib dostumuz və müttəfiqimizdir. Ona görə də bu ölkə Romadan Tehrandakı mənafeyini qorumasını istədi”.

Qeyd edək ki, sentyabrın 7-də Kanada İranla diplomatik münasibətlərini dondurub. Bunun üçün Kanada ilkin addım olaraq İrandakı səfirliyini bağlayıb və bütün iranlı diplomatları Ottavadan çıxarıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR