Milli Məclisin üzvləri Benilüks parlamentinin sessiyasında iştirak edəcəklər

Milli Məclisin üzvləri Benilüks parlamentinin sessiyasında iştirak edəcəklər
# 11 iyun 2012 15:52 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin deputatları Elton Məmmədov, Mirkazım Kazımov və Əli Məsimli iyunun 14-dən Niderland Krallığında səfərdə olacaqlar. MM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, millət vəkilləri Haaqa şəhərində Benilüks parlamentinin sessiyasında iştirak edəcəklər.

İclasda kiber-cinayət, üzv ölkələr arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Tədbirə GUAM Parlament Assambleyasının sədri qismində qatılacaq Elton Məmmədov rəhbərlik etdiyi qurumla Benilüks Parlament Assambleyası arasında əməkdaşlığın perspektivləri, təşkilatın strukturu və fəaliyyəti haqqında məruzə ilə çıxış edəcək.

Səfər iyunun 18-də başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR