Azərbaycanda istehlak kreditləri ümumi kredit portfelinin 35%-nə çatıb

Azərbaycanda istehlak kreditləri ümumi kredit portfelinin 35%-nə çatıb
# 20 iyul 2012 14:21 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanın bank sektorunda kreditlərin 35%-dən böyük hissəsi istehlak kreditlərinin payına düşür.

«APA-Economics»in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, iyunun 1-nə ümumi məbləği 10 mlrd. 611,5 mln. manat təşkil edən kredit qoyuluşlarının 2 mlrd. 829,3 mln. manatı və ya 26,7%-i ticarət və xidmət sektoruna yönəlib (əvvəlki ayla müqayisədə bu sahəyə verilən kreditlər 20,2 mln. manat azalıb).

Kredit portfelinin 261,6 mln. manat və ya 2,5%-i energetika, kimya və təbii ehtiyatlar sektoruna (11,8 mln. manat artıb), 496,6 mln. manatı və ya 4,7%-i kənd təsərrüfatına (14,3 mln. manat artıb), 952,5 mln. manat və ya 9%-i inşaat və əmlak sektoruna (54,9 mln. manat artıb), 613,6 mln. manat və ya 5,8% sənaye və istehsal sektoruna (2 mln. manat artıb), 424,9 mln. manatı və ya 4%-i nəqliyyat və rabitə sektoruna verilib (1,2 mln. manat azalıb). Kredit qoyuluşlarının 3 mlrd. 733,8 mln. manatı və ya 35,2%-i istehlak kreditlərinin payına düşüb (110,4 mln. manat artıb).
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR