Xəzərdə batmış şəxsin meyiti tapılaraq sudan çıxarılıb

Xəzərdə batmış şəxsin meyiti tapılaraq sudan çıxarılıb
# 21 iyul 2012 09:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Bakı şəhərinin Xəzər rayonu ərazisində dənizdə boğulmuş şəxsin meyiti aşkarlanıb. Bu barədə APA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verib.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonu ərazisində sahildə naməlum insan meyiti aşkarlanaraq aidiyyəti orqanlar tərəfindən götürülüb. Araşdırmalar zamanı müəyyən olunub ki, bu, iyulun 19-da “Sahil-1” sularda xilasetmə məntəqəsindən 8 km aralıda, nəzarətsiz ərazidə batmış 1979-cu il təvəllüdlü Ramil Ramiz oğlu Əliyevin meyitidir.

Nazirliyin xilasediciləri tərəfindən ötən gün həmçinin Abşeron rayonunda və Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Fatmayı” və “Zuğulba-1” sularda xilasetmə məntəqələrinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 4 nəfər xilas olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR