Astanada MDB xarici işlər nazirlərinin görüşü keçiriləcək

Astanada MDB xarici işlər nazirlərinin görüşü keçiriləcək
# 03 aprel 2012 11:45 (UTC +04:00)
Bakı - APA. Aprelin 6-da Astana (Qazaxıstan) şəhərində MDB-nin xarici işlər nazirlərinin görüşü keçiriləcək. APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in İnformasiya və mətbuat departamenti açıqlama yayıb.

XİN başçıları təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq, böhran hallarının və maliyyə kəşfiyyatının tənzimlənməsi məsələlərini müzakirə edəcək, Silahlı Qüvvələrin mühəndis təminatı və birləşmiş hava hücumundan müdafiə sisteminin perspektiv istiqamətləri, maliyyə kəşfiyyatı qurumları rəhbərlərinin Şurasının yaradılması haqqında saziş layihələrini nəzərdən keçirəcəklər.

Bundan başqa, görüş iştirakçıları birlik üzvü olan ölkələrin hava hücumundan müdafiə problemlərinin tədqiqi sahəsində baza təşkilatının yaradılması haqqında təklifi müzakirə edəcək. Nazirlərin 2013-cü ilin ekoloji mədəniyyət və ətraf mühitin mühafizəsi ili elan olunması haqqında dövlət başçılarının qərar layihəsini razılaşdıracağı da gözlənilir.

Görüşün nəticəsi olaraq müvafiq qərarların layihələri MDB dövlət və hökumət başçıları şuralarının gündəliyinə daxil ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR