Azərbaycan paytaxtında “İlaxır çərşənbə” münasibətilə bayram şənliyi başlayıb - FOTOSESSİYA

Azərbaycan paytaxtında “İlaxır çərşənbə” münasibətilə bayram şənliyi başlayıb - <font color=red>FOTOSESSİYA</font>
# 13 mart 2012 15:17 (UTC +04:00)
APA-nın məlumatına görə, ilaxır çərşənbə münasibətilə milli geyimli 12 atlının müşayiəti ilə 5 fayton və 6 dəvədən ibarət olan bayram karvanı Suraxanı rayonu “Atəşgah” məbədində yandırılmış məşəli Qoşa Qala qapısının qarşısındakı “Gənclər” meydanına gətirir.

Saat 18.20-də Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə həmin meydanda bayram konserti başlayacaq, 20.00-da isə atəşfəşanlıq olacaq.

Qeyd edək ki, ilaxır çərşənbə ilə əlaqədar Bakıda İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişdiyi yerdən Qoşa Qala qarısının qarşısındakı “Gənclər” meydanı istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Məhdudiyyət sabah saat 23.00-dək davam etdiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR