İran öldürülmüş nüvə alimlərinin adlarını nüvə obyektlərinə verib

İran öldürülmüş nüvə alimlərinin adlarını nüvə obyektlərinə verib
# 16 fevral 2012 09:28 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran ölkə ərazisindəki nüvə obyektlərinin adlarını dəyişdirib. APA-nın məlumatına görə, ölkədəki nüvə obyektlərinə qətlə yetirilmiş iranlı nüvə alimlərinin adları verilib.

Belə ki, bundan sonra Fordo nüvə obyekti Şəhid Məsud Əliməhəmmədi nüvə obyekti, Tehran nüvə obyekti Şəhid Məcid Şəhriyari nüvə obyekti, Tehran Nüvə Texnologiya və Araşdırma Kompleksi Şəhid Rzayinejad Nüvə Texnologiya və Araşdırma Kompleksi, Nətənz nüvə obyekti Şəhid Mustafa Əhmədi Rövşən nüvə obyekti və Nətənz S-8 uran zənginləşdirilməsi kompleksi Şəhid Qaşqayi S-8 uran zənginləşdirilməsi kompleksi adlanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR