Bakı-Antalya marşrutu üzrə aviareyslər bərpa olunub

Bakı-Antalya marşrutu üzrə aviareyslər bərpa olunub
# 29 may 2012 11:18 (UTC +04:00)
AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, Bakıdan Antalyaya uçuşlar ilk bir neçə həftə ərzində həftədə iki dəfə həyata keçiriləcək, növbəti həftələr isə uçuşların sayı artırılacaq: «Mövsümi xarakter daşıyan bu aviareys üzrə uçuşlar cədvəl üzrə sentyabrın 6-dək davam edəcək. Lakin uçuşların sentyabrın sonunadək artırılacağı istisna deyil».

AZAL-dan həmçinin bildirilib ki, Bakı-Antalya-Bakı üzrə bir aviabiletin minimal qiyməti 495 manat təşkil edir. Uçuşlar «Boeing-757» tipli avialaynerlə yerinə yetirilir.

Qeyd edək ki, iyunun 14-dən etibarən AZAL Bakıdan Bodruma da uçuşları bərpa edəcək. Sözügedən marşrut üzrə uçuş ilk həftədə I və IV günlər yerinə yetiriləcək, növbəti həftələr isə uçuşların sayı artırılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR