Dağıstanın Xasavyurt şəhərində polis əməkdaşı qətlə yetirilib

Dağıstanın Xasavyurt şəhərində polis əməkdaşı qətlə yetirilib
# 01 iyul 2012 03:39 (UTC +04:00)
Bakı-APA. Dağıstanın Xasavyurt şəhərində naməlum şəxslər polis sahə müvəkkilini atəşə tutublar.
APA-nın İnterfax agentliyinə istinadən verdiyi xəbərə görə, polis əməkdaşı aldığı yaralardan yerindəcə ölüb. Bildirilir ki, cinayətkarlar “VAZ-2114” avtomobili ilə hərəkət edərək küçədə tanışı ilə söhbət edən polis əməkdaşına atəş açıblar.
Dağıstanın hüquq mühafizə orqanları istintaq-axtarış tədbirləri aparırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR