Azərbaycanın mobil rabitə operatorları «Daşınan nömrələr» layihəsinə ilin sonunda başlaya bilər

Azərbaycanın mobil rabitə operatorları «Daşınan nömrələr» layihəsinə ilin sonunda başlaya bilər
# 06 noyabr 2012 08:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın mobil rabitə xidmətləri bazarında «Daşınan nömrələr» layihəsinin tətbiqinə 2012-ci ilin sonunda başlanıla bilər. «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

İ.Məmmədovun sözlərinə görə, layihə çərçivəsində görülən hazırlıq işləri olaraq artıq müvafiq qayda qəbul olunub, layihənin tətbiqi üçün hüquqi imkanlar yaradılıb. Nazir müavini qeyd edib ki, hazırda bu istiqamətdə test işləri aparılır: «Yaxın vaxtlarda mobil rabitə operatorları tərəfindən layihənin tətbiqinə başlanılacaq. Bu layihə ya bu ilin sonunda, ya da gələn ilin yanvar-fevral aylarında tətbiq olunacaq».

Qeyd edək ki, hazırda Azərbaycanın mobil rabitə xidmətləri bazarında üç şirkət – «Bakcell», «Azercell» və «Azerfon» fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR