Azərbaycanda fevralın 26-da polis gücləndirilmiş iş rejimində çalışacaq

Azərbaycanda fevralın 26-da polis gücləndirilmiş iş rejimində çalışacaq
# 24 fevral 2012 15:13 (UTC +04:00)
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib. Onun sözlərinə görə, Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakı şəhərində keçiriləcək yürüşlər, mitinqlər və digər anım mərasimləri ilə əlaqədar polis gücləndirilmiş iş rejimində xidmət aparacaq. Məqsəd çoxsaylı vətəndaşların qatılacağı bu tədbirlərin təhlükəsizliyini təmin etmək, ictimai asayişin nümunəvi mühafizəsini təşkil etməkdən ibarətdir.

E. Zahidov, həmçinin bildirib ki, mərasim iştirakçılarının rahat, maneəsiz hərəkətini təşkil etmək məqsədi ilə Azadlıq meydanından “Ana fəryadı” abidəsi istiqamətində olan küçə və prospektlərdə, eləcədə əhalinin sıx hərəkət edəcəyi digər ərazilərdə nəqliyyatın hərəkəti də məhdudlaşdırılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR