Azərbaycanda qanunsuz lotereya aşkarlanıb

Azərbaycanda qanunsuz lotereya aşkarlanıb
# 12 aprel 2012 13:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən keçirilən nəzarət tədbirləri nəticəsində Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi,29 ünvanında yerləşən «Aygün City» Ticarət Mərkəzində icazəsiz stimullaşdırıcı lotereyanın təşkili aşkar edilib. Keçirilən lotereyanın dayandırılması barəsində göstəriş verilib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, QKDK «Aygün City» Ticarət Mərkəzində keçirilən və gələcəkdə keçirilməsi nəzərdə tutulan bu lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa çağırır.

Qeyd edək ki, «Lotereyalar haqqında» qanuna və Komitənin əsasnaməsinə müvafiq olaraq, lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini QKDK həyata keçirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR