Bu həftə Ankarada Dünya Türk Gəncləri Birliyinin 11-ci liderlər toplantısı keçiriləcək - FOTO

Bu həftə Ankarada Dünya Türk Gəncləri Birliyinin 11-ci liderlər toplantısı keçiriləcək - <font color=red>FOTO</font>
# 15 may 2012 07:43 (UTC +04:00)
Bakı-APA. "Dünya Türk Gəncləri Birliyi" (DTGB) 17-19 may tarixində Ankaranın Kızılcahamam qəsəbəsində DTGB 11-ci Liderlər toplantısını keçirməyə hazırlaşır. APA-nın məlumatına görə, toplantının açılış mərasimi mayın 17-də Ankarada Keçiören bələdiyyəsinin Estergon Qalası Mədəniyyət Mərkəzində DTGB-yə üzv təşkilatların rəhbər və nümayəndələrinin, TBMM və MM üzvlərinin, TürkPA və Türk Konseyi, 15 ölkədən 23 Türk dilli xalqı təmsil edən 30 təşkilatın nümayəndələrinin iştirakı ilə keçiriləcək. Liderler toplantısı DTGB-nin quruluşunun 20-ci il dönümünə təsadüf edir. Qeyd edək ki, 1992-ci ildə Tatarıstanda Kazan şəhərində əsası qoyulan DTGB 18 ölkədən 36 Türk dilli xalqın 40-dan çox təşkilatlarını özündə birləşdirərək uzun illər Türk xalqlarının birlik və bərabərliyinə xidmət edən gənclik platforması kimi fəaliyyət göstərib, 2009-cu ildən etibarən DTGB rəhbərliyi Türkiyədən Azərbaycana keçib və 2010-cu ildən etibarən müstəqil ictimai birlik olaraq Azərbaycanda dövlət qeydiyyatına alınıb. Mayın 20-dək kimi davam edəcək olan toplantıda birliyin 20 illik fəaliyyəti, Türk dünyası bölgələri arasında koordinasiyanın təşkil edilməsi və təkmilləşdirilməsi, son illərdə Türk dünyasında baş verən proseslərin təhlili, DTGB-nin 15-ci qurultay hazırlıqları və yaxın gələcəkdəki fəaliyyət planları müzakirə ediləcək. Yekun sənədin qəbulundan sonra Türkiyədə Mustafa Kamal Atatürkün anım gününə həsr olunmuş 19 May İdman və Gənclər günü bayramı münasibəti ilə Anıtkabir ziyarət ediləcək. Toplantıya DTGB Sədri Əkrəm Abdullayev başçılıq edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR