DADP-nin qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbərliyi partiyanın sədr əvəzini ittiham edib-YENİLƏNİB

DADP-nin qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbərliyi partiyanın sədr əvəzini ittiham edib-<font color=red>YENİLƏNİB</font>
# 21 avqust 2012 10:37 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin (TK) rəhbərliyi mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, TK-nin sədri, DADP-nin sədr müavini Ramiz Orucov çıxış edərək DADP-nin sədr əvəzi Mirkazım Seyidovu bir sıra məsələlərdə ittiham edib. O xatırladıb ki, DADP-nin sədri Məmməd Əlizadə bu ilin iyunun 22-də partiyadan istefa verib. Partiyanın qurultayının çağırılması qərara alınıb və M. Əlizadə həmin vaxt sərəncam verərək DADP-nin idarə olunmasını partiya sədrinin birinci müavini Mirkazım Seyidova həvalə edib: “Təşkilat Komitəsi partiyanın qurultayının hazırlanması və keçirilməsi ilə əlaqədar təşkilati məsələləri həll etdiyi zaman Mirkazım Seyidov yaranmış vəziyyətdən şəxsi maraqları yönümündə faydalanmaq məqsədi ilə vəzifəsindən sui-istifadə edərək DADP-nin bir sıra məsul şəxslərindən bu və ya digər bəhanələrlə 10 min, 15 min manat və s. məbləğlərdə pul vəsaitinin verilməsini təklif edib. Bu təkliflərin bəzilərində pulu verəcək şəxsi partiya sədrliyinə təyin edəcəyini vəd edib”.

R. Orucov bildirib ki, TK M. Seyidovun bu və digər hərəkətlərini nəzərə alaraq onu partiya sədrliyi əvəzi vəzifəsindən və partiyadan kənarlaşdırıb. O, M. Seyidovun Rusiya Federasiyasının vətəndaşı olduğunu, lakin bundan sonradan xəbər tutduqlarını da əlavə edib.

Mətbuat konfransında çıxış edən TK sədrinin müavini Elşad Əliyev və başqaları deyilənləri təsdiqləyib və M. Seyidovu ittiham ediblər.

Qeyd olunanlar TK-nın yaydığı bəyanatda da əksini tapıb. Bəyanatda DADP-nin kursunu dəyişmədiyi, Heydər Əliyev ideyalarına sadiq qalacağı vurğulanıb və partiyanın qurultayının bu il oktyabrın 13-də keçiriləcəyi bildirilib.

Mirkazım Seyidov isə APA-ya açıqlamasında mətbuat konfransında səsləndirilən ittihamları rədd edib: “Deyilənlər yalandır, mən partiyanın sədr əvəziyəm. Axı onlar məni partiyadan necə uzaqlaşdıra bilərlər? Orada iştirak edən adamlar qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvləri deyillər. Təşkilat Komitəsinin yaradılması barədə mən sərəncam verməli idim, mən də belə bir sərəncam verməmişəm. Sadəcə olaraq ilkin formalaşma olub. Lakin bu yaxınlarda Təşkilat Komitəsinin formalaşması barədə sərəncam verərək, onu Məmməd Əlizadəyə təqdim edəcəyəm. Məmməd Əlizadənin səhhəti artıq qaydasındadır, partiyanın başına gələ biləcək. Mən də onun birinci müavini kimi fəaliyyət göstərmək niyyətindəyəm”.

2008-ci ildən Azərbaycan Respublikasının vətəndaşı olduğunu deyən M. Seyidov guya bəzi partiya funksionerlərindən pul alması barədə iddiaları da təkzib edib: “Pul məsələsi partiyanın maddi-texniki bazası ilə bağlı təklif formasında olub”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR