Qəbələ, Ağdaş və Göyçay rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Qəbələ, Ağdaş və Göyçay rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq
# 06 aprel 2012 14:52 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Sabah Qəbələ, Ağdaş və Göyçay rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar 7 aprel 2012-ci il tarixdə gün ərzində “Qazıməmməd-Qazax” (I xətt) magistral qaz kəmərində təbii qaz nəqli dayandırılacaq.

Təmir işləri zamanı Qəbələ rayonunun kənd və qəsəbələrində, Göyçay şəhərinin bir hissəsində, rayonun Qarabaqqal, Hacılıkənd, Çayarxı, Qızılağac kəndlərində, Ağdaş şəhərində (qismən) və rayonun Şəmsabad istiqamətində yerləşən 18 kəndində təbii qazın verilişində fasilələr yaranacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR