Şəki rayonunda ev yanıb
19 mart 2012 07:02 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Azərbaycanın Şəki rayonunda yanğın hadisəsi baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Yanğından Mühafizə Hissəsindən (YMH) məlumat verilib. Məlumatda bildirilir ki, yanğın hadisəsi Şəki rayonu Kiş kəndində Nizam Rəsulova məxsus ümumi sahəsi 84kv/m olan 2 mərtəbəli evdə qeydə alınıb. Hadisə yerinə Şəki YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində N. Rəsulova məxsus ev, əşyaları ilə birlikdə yanıb. Faktla bağlı Şəki YMH-də araşdırma aparılır.
Hadisə
Lənkəranda baş verən qəzada ölən şəxsin kimliyi məlum olub - FOTO - YENİLƏNİB
01:05
23 may 2024
Ağdam sakini Şəkidə ov tüfəngi ilə özünü öldürüb
23:39
22 may 2024
Həbsdə olan polkovnik 5 bağ evinin üzərindən həbsin götürülməsini istəyir
19:27
22 may 2024
Biləsuvarda şagird sinif yoldaşına ehtiyatsızlıqdan xəsarət yetirib
18:33
22 may 2024