İranın Şərqi Azərbaycan vilayətində yenidən baş verən zəlzələ dağıntılara səbəb olub

İranın Şərqi Azərbaycan vilayətində yenidən baş verən zəlzələ dağıntılara səbəb olub
# 14 avqust 2012 21:56 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın Şərqi Azərbaycan vilayətində yenidən episentri Vərzigan şəhəri olan 5.3 bal gücündə zəlzələ baş verib. APA-nın məlumatına görə, yerin 6 km dərinliyində saat 18:32-də baş verən zəlzələ Təbrizdə də hiss edilib. İlkin məlumata görə, Təbrizdə dağıntı və xəsarət alan olmayıb. Şərqi Azərbaycanda yaşayan soydaşlarımızdan APA-ya daxil olan məlumata görə, Vərziganda və Əhərdə isə yenidən dağıntılar baş verib. Vərziganın Sərənd körpüsünə və avtomobil yollarına zərər dəyib. Fəlakət bölgəsində olan bəzi dağ kəndlərinin yolu bağlanıb, bir çoxuna isə gediş-gəliş çətinləşib. Bildirilib ki, yeni yaralıların olması ilə bağlı rəsmi məlumat olmasa da, bu gün Təbrizdən Əhərə və Vərzigana yenidən təcili tibbi yardım briqadaları göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR