Azərbaycanda kəskin hava şəraiti ilə əlaqədar qatarlara sürət məhdudiyyəti qoyulub

Azərbaycanda kəskin hava şəraiti ilə əlaqədar qatarlara sürət məhdudiyyəti qoyulub
# 04 fevral 2012 09:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. “Azərbaycan Dəmir Yolları” QSC hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyətini davam etdirir.

QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, hazırda ölkədaxili və beyəlxalq reyslər qrafik üzrə yerinə yetirilir: “Reyslərdə cüzi gecikmələr müşahidə olunur ki, bu da təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır. Belə ki, hava şəraitini ilə əlaqədar biz qatarların sürətinə məhdüdiyyət qoymuşuq”.

N. Əzməmmədov onu da bildirib ki, son günlər vağzala sərnişin axınının artması səbəbindən “Azərbaycan Dəmir Yolları” qatarlara hər gün 15 əlavə vaqon qoşur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR