Bakıda dönərxana yanıb

Bakıda dönərxana yanıb
# 09 fevral 2012 21:02 (UTC +04:00)
Bu barədə APA-ya Nizami Rayon Polis İdarəsindən bildirilib.

Hadisə fevralın 9-da axşam saatlarında rayonun Qara Qarayev prospekti 66 ünvanında qeydə alınıb. Yanğın həmin ünvanda yerləşən “Çudo Peçka”ya bitişik dönərxanada meydana gəlib. Hadisə yerinə 3 yanğınsöndürən maşın gəlib. Həyata keçirilən tədbirlər nəticəsində yanğının digər obyektlərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. İlkin məlumata görə, yanğına qısa qapanma səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR