Azərbaycan bu il qızıl hasilatını 21% azaldıb

Azərbaycan bu il qızıl hasilatını 21% azaldıb
# 25 avqust 2012 11:46 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bununla yanaşı, hesabat dövründə ölkədə 412,5 kq gümüş hasil edilib ki, bu da ötən ilin yanvar-iyul aylarına nisbətən 50,5% azdır.

Cari ilin avqustun 1-nə Azərbaycanda qızılın hazır məhsul ehtiyatı 67,6 kq, gümüşün isə 17,2 kq olub.

Ümumiyyətlə, 2012-ci ilin yanvar-iyul aylarında ölkədə 1 229,1 kq qiymətli metal filizləri və konsentratlar hasil olunub ki, 2011-ci ilin analoji ayları ilə müqayisədə bu göstərici 34% azalıb.

Xatırladaq ki, qızıl ehtiyatları Azərbaycanda hasil olunan qızılın alınması və onun İsveçrədə emal edilməsindən sonra əldə olunan qızılın hesabına formalaşır. Ümumiyyətlə, ölkədə qızıl hasilatı Azərbaycan hökuməti ilə «R.V.Investment Group Services» şirkəti (Böyük Britaniya) arasında «Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında» imzalanmış saziş əsasında aparılır.

Qeyd edək ki, 2011-ci ilin sonunda Azərbaycan Mərkəzi Bankında saxlancda olan Azərbaycana məxsus qızılın miqdarı 16 512,9 troya unsiyasına (513,6 kq) bərabər olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR