Baş nazirin müavini Əli Həsənov: “Bütün telekanallar işğal edilmiş ərazilər, o cümlədən dəyən ziyanın öyrənilməsi ilə bağlı geniş süjetlər hazırlamalıdır”

Baş nazirin müavini Əli Həsənov: “Bütün telekanallar işğal edilmiş ərazilər, o cümlədən dəyən ziyanın öyrənilməsi ilə bağlı geniş süjetlər hazırlamalıdır”
# 27 iyul 2012 11:54 (UTC +04:00)
APA-nın məlumatına görə, “Dövlətlərarası münaqişələr zəminində dəyən zərər və itkilərin qiymətləndirilməsi” mövzusunda III beynəlxalq simpoziumda çıxış edən baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən ziyanın öyrənilməsi ilə bağlı süjetlərin və araşdırma verilişlərin hazırlanmasına Azərbaycan mətbuatı, xüsusən də televiziya kanalları diqqətsiz yanaşır. Ə. Həsənov qeyd edib ki, heç kim telekanallarda daha çox yer verilən şou-proqramların əleyhinə deyil: “Onların da öz tamaşaçıları var. Bu şou verilişlərə nə qədər istəyirlər baxsınlar. Amma elə məsələlər var ki, onları nəzərdən qaçırmaq olmaz”.

Ə. Həsənovun sözlərinə görə, ümummilli problem hər şeydən öndə olmalıdır: “İşğal edilən ərazilər Azərbaycan hökuməti və xalqı üçün ümummilli problemdir. Bütün televiziya kanalları işğal edilən ərazilərlə, o cümlədən dəyən ziyanın öyrənilməsi ilə bağlı geniş süjetlər hazırlamalıdır. Amma təəssüflər olsun ki, buna rast gəlmək olmur”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR