Bakıda itkin düşən qadının meyiti dənizdən tapılıb

Bakıda itkin düşən qadının meyiti dənizdən tapılıb
# 24 aprel 2013 14:17 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 23-də Nargin adasının ərazisində, dənizdə üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı qadın meyiti tapılıb.

Araşdırmalar zamanı həmin qadının aprelin 20-də itkin düşən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin sakini Vəfa Rüstəmova olması müəyyən edilib.

İlkin yoxlama prokurorluq tərəfindən aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR