Akif Əlizadə: “AMEA alimlərinin mənzil problemi ölkə prezidenti qarşısında qaldırılacaq”

Akif Əlizadə: “AMEA alimlərinin mənzil problemi ölkə prezidenti qarşısında qaldırılacaq”
# 14 mart 2013 13:55 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Akademiyanın institutlarının Gənc Alimlər Şuralarının sədrləri ilə görüşündə AMEA-nın prezidenti səlahiyyətlərini icra edən Akif Əlizadə deyib.

A. Əlizadə alimlərin mənzil problemlərini həlli üçün əlindən gələni edəcəyini bildirib: “Mən buna söz verə bilmərəm, baxım görüm, bu məsələni necə və nə vaxt həll edə bilərik. AMEA-nın Bakıdakı torpaq sahəsində alimlər üçün binanın tikilməsini çox istəyirəm. Binanın tikintisini münasib qiymətə tikinti şirkəti apara, ehtiyacı olan alimlərə mənzil paylana bilər”.

A. Əlizadə alimlərin mənzil probleminin həlli üçün sovet təcrübəsindən yararlanmağı məsləhət bilib: “Sovet dövründə mənzil almaq istəyən alimlərin də növbəsi yaranırdı. Məsələn, elə ancaq Geologiya İnstitutunda 50-70 nəfər mənzil növbəsində dayanmışdı. O zaman Bakı Şəhər Partiya Komitəsinin tikdirdiyi xüsusi binalardakı mənzil fondlarının 10 faizi AMEA-nın olurdu. Mənə də elə həmin fonddan mənzil verildi. İndi şərait daha yaxşıdır. Mənə elə gəlir ki, prezidentə belə bir təklif verilsə, o, dərhal bununla bağlı sərəncam verəcək. Buna şübhə yoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR