“Eurovision-2013”ün iştirakçı ölkələri təmsilçi və mahnı seçimlərini başa vurub

“Eurovision-2013”ün iştirakçı ölkələri təmsilçi və mahnı seçimlərini başa vurub
# 19 mart 2013 09:11 (UTC +04:00)

APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, müsabiqənin mayın 14-də keçiriləcək birinci yarımfinalında 16, mayın 16-da keçiriləcək ikinci yarımfinalında isə 17 ölkə çıxış edəcək. Müsabiqənin finalı isə mayın 18-də keçiriləcək. Ənənəvi finalda “böyük beşlik” (Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya) və qalib ölkə kimi İsveç çıxış edəcək. Azərbaycan yarışmanın ikinci yarımfinalında ikinci nömrə altında çıxış edəcək.

Qeyd edək ki, Slovakiya, Türkiyə, Lixtenşteyn, Bosniya və Herseqovina, Polşa, Portuqaliya “Eurovision 2013”də iştirakdan imtina ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR