«CATEL» şirkəti bu il Azərbaycanda daha bir neçə regional CDMA baza stansiyası istifadəyə verəcək

«CATEL» şirkəti bu il Azərbaycanda daha bir neçə regional CDMA baza stansiyası istifadəyə verəcək
# 07 yanvar 2009 14:45 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «CATEL» şirkəti yanvar ayının sonuna kimi Masallı rayonunda yeni CDMA baza stansiyasının quraşdırılması işlərini başa çatdıracaq.
«Catel» şirkətinin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, şirkət ölkə ərazisini tamamilə əhatə dairəsinə almaq istiqamətindəapardığı işləri davam etdirir. Hazırda şirkətin şimal bölgəsində olan abonentləri «CATEL»in təgdim etdiyi CDMA şəbəkəsi xidmətlərindən rahatlıqla istifadə edə bilir.
Xatırladaq ki, hazırda rabitə operatorunun əhatə dairəsinə Quba, Qusar, Xaçmazla yanaşı, bütün Abşeron yarımadası, o cümlədən Bakı, Sumqayıt, həmçinin Səngəçal, Ələt, Kürdəmir, Ucar, Şirvan, Göyçay, Mingəçevir, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Dəvəçi, Nabran, Xudat, Lənkəran və Astara rayonları daxildir.
Yaxın vaxtlarda «CATEL» Tovuz, Qazax, Ağsu, Masallı, Şəki, Bərdə, 2009-cu ilin ilk yarısında həmçinin Naxçıvan Muxtar Respublikasını da əhatə dairəsinə daxil etmək fikrindədir və bununla da Azərbaycan ərazisinin əhatəyə alınmasını tamamlamaq niyyətindədir.
Qeyd edək ki, 1997-ci ildə yaradılan «CATEL» şirkəti WLL abonentlərinə FH-CDMA standartında simsiz rabitə xidmətləri, eləcə də mobil rabitə abonentlərinə 3G CDMA standartında rabitə xidmətləri göstərir. «CATEL» Azərbaycanda müştərilərə dayanıqlı və yüksək keyfiyyətli telefon, faksimil, İSDN, İnternet və Data xidmətləri göstərən ilk stasionar simsiz rəqəmsal telefon şəbəkəsi qurub. Şirkət 2004-cü ilin avqust ayından etibarən Azərbaycanda ilk dəfə olaraq, ən müasir 3-cü nəsil CDMA 2000 1x mobil rabitə texnologiyasını «Huawei» şirkətinin avadanlığı əsasında tətbiq etməyə başlayıb. Bu texnologiya ABŞ-ın «Qualcomm» şirkəti tərəfindən işlənilib və 2-ci nəsil mobil rabitədən bir sıra üstün cəhətləri ilə fərqlənir: standartın ekoloji cəhətdən təmizliyi, şəbəkənin geniş tutumu, məlumatın yüksək sürətlə ötürülməsi, analoq və rəqəmsal faksın dəstəklənməsi və s. Bununla yanaşı, 2007-ci ilin aprel ayında şirkət CDMA2000 standartında mobil xidmətləri göstərmək məqsədilə yeni «FONEX» ticarət nişanını yerli telekommunikasiya bazarına çıxarıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR