Bu gün BBVB-nin valyuta bölməsində 8,34 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 8,34 mln. dollarlıq əqd bağlanıb
# 30 aprel 2009 14:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8028 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata əsasən, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8031 AZN/$1 təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 843 570 AZN təşkil edib, sessiyanın nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 5 853 186 AZN, manatın orta məzənnəsi isə 0,8028 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 8,34 mln. dollar və ya 6 696 756 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 1,668 mln. dollar düşür.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.
Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,40%, ABŞ dolları üzrə isə illik 15,67% təşkil edib. Gün ərzində banklar arasında həcmi 2,5 mln. dollar, müddəti 90 gün, illik faiz dərəcəsi isə 14,00% olan əqd qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR