Azərbaycan prezidenti gənc istedadların xüsusi təqaüdə layiq görülməsi barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti gənc istedadların xüsusi təqaüdə layiq görülməsi barədə sərəncam imzalayıb
# 05 may 2009 16:56 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi barədə sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən musiqi sahəsində xüsusi istedadı olan Bayramov Yusif Nəriman oğlu “Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin IX sinif şagirdi), Əsədullayev Mirhüseyn Murtuza oğlu (Azərbaycan Milli Konservatoriyasının I kurs tələbəsi), Hüseynli Toğrul Qabil oğlu (Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin X sinif şagirdi) Məmmədov Tofiq Asif oğlu (Azərbaycan Milli Konservatoriyasının II kurs tələbəsi) və Vəkilov Vurğun Mehman oğlunun (Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin V sinif şagirdi) adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və onlar xüsusi aylıq təqaüdə layiq görülüblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR