Rusiya, Ukrayna və Aİ qaz tədarükü üzrə razılığa gəliblər

Rusiya, Ukrayna və Aİ qaz tədarükü üzrə razılığa gəliblər
# 25 sentyabr 2015 23:42 (UTC +04:00)

Bakı-APA. Brüsseldə keçirilən danışıqlarda Rusiya, Ukrayna və Avropa İttifaqının nümayəndələri 2015-2016-ci illərin qış mövsümü üçün qaz tədarükü üzrə üçtərəfli protokola imza atıblar.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Avropa Komissiyasının iqamətgahında keçirilən mərasimdə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç, Ukraynanın və Rusiyanın Energetika nazirləri Vladimir Demçişin və Aleksandr Novak iştirak ediblər.

İmzalanmış müqavilə 2016-ci ilin mart ayınadək qaz tədarükünün şərtlərini müəyyənləşdirib.

Yeni müqavilənin şərtlərinə əsasən, endirimli qiymətlə Ukrayna hər 1000 kubmetr qaza görə Rusiyaya 232 dollar ödəyəcək. Maroş Şefçoviçin sözlərinə görə, bununla əlaqədar Ukraynaya beynəlxalq maliyyə təşkilatları tərəfindən 500 milyon ABŞ dolları ayrılacaq: "Sənədlər bir həftə ərzində müvafiq hüquqi prosedurlar həyata keçirildikdən sonra imzalanacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR