SOCAR Ceyhan limanından xam neftin ixracını azaldıb

SOCAR Ceyhan limanından xam neftin ixracını azaldıb
# 01 iyul 2016 16:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyun ayında SOCAR Ceyhan limanından 1 mln. 340 min 337 ton xam neft ixrac edib ki, bu da ötən ilin iyun ilə müqayisədə 30,4% azalma deməkdir.


SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə, bu ilin yanvar-iyun ayları ərzində Ceyhan limanından ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,25% az və ya 8 mln. 536 min 793 ton xam neft ixrac edilib.

Qeyd edək ki, Kulevi terminalından isə 14 946 ton xam neft ixrac edilib.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR