Dövlət Əmək Müfəttişliyi Xidməti Gəncədə vətəndaş forumu keçirib - FOTOSESSİYA

Dövlət Əmək Müfəttişliyi Xidməti Gəncədə vətəndaş forumu keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 28 sentyabr 2015 13:26 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) Gəncə şəhərində “Təhlükəsiz iş aylığı” çərçivəsində “Açıq qapı” günü-vətəndaş forumu təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, foruma ƏƏSMN-nin 17, 20, 21 və 22 saylı regionlar üzrə Dövlət Əmək Müfəttişliklərinin nümayəndələri və həmin regionları əhatə edən 13 rayon və şəhərin (Gəncə şəhəri, Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Tovuz, Ağstafa, Qazax) işəgötürənləri qatılıb.

Tədbirdə DƏMX-nin əməkdaşları tərəfindən işəgötürənlərə əməyin mühafizəsi, bu sahədə tənzimləyici normativ-hüquqi aktlar, istehsal qəzası riski yüksək olan müəssisələrdə, habelə avtomobillərə texniki xidmət və avtoyuma məntəqələrində belə qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər barədə maarifləndirici məlumatlar verilib.

Maarifləndirmə tədbirlərinin həyata keçirilməsində əsas məqsədin işəgötürənlərdə işçilərin əməyinin mühafizəsi ilə bağlı məsuliyyət hissinin artırılması, hər bir işçinin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin olunması, bu sahədəki, nöqsanların aradan qaldırılması olduğu qeyd edilib.

Forum zamanı işəgötürənlərin iş yerlərində əməyin mühafizəsi ilə bağlı sualları da ətraflı cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR