Azərbaycan kubokunun finalı Bakı Olimpiya Stadionunda keçirilə bilər

Azərbaycan kubokunun finalı Bakı Olimpiya Stadionunda keçirilə bilər
# 07 aprel 2016 09:05 (UTC +04:00)

Bakı - APA. Azərbaycan kubokunun finalının keçiriləcəyi stadiona böyük ölçüdə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, həlledici qarşılaşma böyük ehtimalla bölgədə baş tutmayacaq.

Bir müddət öncə finalın Gəncə şəhər stadionunda keçiriləcəyi bildirilirdi. Bununla bağlı açıqlama verən klub rəsmiləri də məlumatı təsdiqləmişdilər. Onlar həmin müddətə kimi stadionun ot örtüyünün və oturacaqlarının normal vəziyyətə salına biləcəyini demişdilər. Lakin klub rəhbərliyinin məsələyə biganə yanaşması gəncəlilərin kubokun həlledici matçını izləmək arzusunu ürəklərində qoyub.

AFFA və PFL rəhbərliyi Gəncə stadionunun yararsız vəziyyətdə olduğunu nəzərə alıb, matçın orda keçirilməsini məqsədəuyğun bilməyib. Onlar stadion seçimini də artıq ediblər. Belə ki, mayın 25-də baş tutacaq qarşılaşmanın AFFA-nın nəzdində olan Bakı Olimpiya Stadionunda oynanılması planlaşdırılır.

Qeyd edək ki, finala vəsiqə uğrunda “İnter”lə “Qarabağ”, “Neftçi” ilə “Qəbələ” komandaları mübarizə aparacaqlar. Yarımfinalın ilk görüşləri aprelin 27-də, cavab matçları isə mayın 4-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR