Türkiyə Hələb şəhərinə humanitar yardım göndərməyə hazırdır

Türkiyə Hələb şəhərinə humanitar yardım göndərməyə hazırdır
# 10 sentyabr 2016 14:58 (UTC +04:00)

Bakı – APA. Türkiyə Suriya üzrə Rusiya-ABŞ razılaşmasını dəstəkləyir.

APA-nın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, Ankara BMT vasitəsi ilə Hələb şəhərini humanitar yardımla təchiz etməyə hazırdır.

“Əldə olunmuş razılaşmaların faydalı şəkildə yerinə yetirilməsi olduqca vacibdir. Çünki bu, Suriya münaqişəsinin siyasi yolla həllinin tapılmasına yönəlik səylərə kömək edəcək”, - deyə bəyanatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR