Bu gün AŞPA-nın payız sessiyası başlayır

Bu gün AŞPA-nın payız sessiyası başlayır
# 28 sentyabr 2015 06:57 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası başlayır. APA-nın məlumatına görə, sessiya oktyabın 2-nə kimi davam edəcək. Avropada miqrasiya və qaçqın böhranına humanitar və siyasi cavab, tranzit ölkələri üçün problemlər, real Avropa sığınacaq sistemi üçün vacib addımlar əsas müzakirə mövzuları olacaq

Həmçinin əczaçılıq sənayesi, dini azadlıq və demokratik cəmiyyətdə birlikdə yaşamaq, Avropa insan Haqları Məhkəməsinin qərarlarının həhata keçirilməsi də müzakirə olunacaq.

Sebiyanın baş naziri Aleksandr Vuiçiç, və Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Tsirnadak parlamentarlar qarşısında çıxış edəcək.

Assambleya növbəti 5 il müddətinə baş katibini seçəcək. Hazırda isə bu vəzifəsini Voytsex Savitski icra edir.

Bundan başqa sessiya çərçivəsində Avropa Şurasının baş katibi Turbörn Yaqland parlamentarilərin suallarına cavab verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR