Avropa İttifaqının Türkiyəyə 1 milyard avro yardım ayırması gözlənilir

Avropa İttifaqının Türkiyəyə 1 milyard avro yardım ayırması gözlənilir
# 21 sentyabr 2015 12:21 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Sentyabrın 22-də Avropa İttifaqı ölkələrinin daxili işlər nazirləri qaçqın problemi ilə əlaqədar toplantı keçirəcək.

APA-nın Milliyet”ə istinadən verdiyi xəbərə görə, Almaniya baş nazirinin müavini Siqmar Qabriel Livan, İordaniya və ərazisində qaçqınlar olan digər ölkələrə 5 milyard avro yardım ayrılmasını istəyib. Avropa İttifaqının genişlənmə üzrə komissarı Yohannes Han isə Türkiyəyə azı 1 milyard avroluq yardım ayrılması barədə məsələ qaldıracağını açıqlayıb.

Bununla yanaşı, Avropa İttifaqına üzv dövlətlərin daxili işlər nazirləri qaçqınların qəbulu ilə bağlı kvotanın müəyyənləşdirilməsini də müzakirə edəcək. Bəzi siyasətçilər kvota planına qarşı çıxsalar da, bəziləri də sığınacaq istəyən qaçqınların üzv dövlətlər arasında ədalətli qaydada bölüşdürülməsi fikrini dəstəkləyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR