Səfir: "Azərbaycanlı iş adamları Efiopiyanın müxtəlif investisiya sahələri ilə yaxından maraqlanırlar"

Səfir: "Azərbaycanlı iş adamları Efiopiyanın müxtəlif investisiya sahələri ilə yaxından maraqlanırlar"
# 17 oktyabr 2015 10:02 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Azərbaycanlı iş adamları Efiopiyanın müxtəlif investisiya sahələri ilə yaxından maraqlanırlar”. APA-nın məlumatına görə, bunu Efiopiya Xəbər Agentliyinə açıqlamasında Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev bildirib.

O, ölkədəki fəaliyyətin əsas sahələrini müəyyənləşdirmək üçün azərbaycanlı iş adamlarının Efiopiya dövlət qurumları ilə danışıqlar apardığını qeyd edib. Səfir, kənd təsərrüfatı, emal, aqro-emal, ticarət, turizm, təhsil və digər sahələrdə əlverişli şəraitin mövcudluğunu vurğulayıb.

Səfir, ticarət və investisiya əlaqələrinin nəticə etibarilə iki ölkə arasında diplomatik münasibətlərin genişlənməsinə gətirib çıxaracağını bildirib.

Elman Abdullayev Efiopiyanın regionda aparıcı rolu, onun coğrafi mövqeyi, təbiəti, xarici investisiyaların hökumət tərəfindən təşviq edilməsi və ölkədə hökm sürən davamlı sülhün xarici investorlar üçün əsas cəlbedici amillər olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR