Niderland polisi meyvə şirəsi qablarından bir tondan çox kokain aşkarlayıb

Niderland polisi meyvə şirəsi qablarından bir tondan çox kokain aşkarlayıb
# 22 dekabr 2015 23:43 (UTC +04:00)

Bakı-APA. Niderland polisi ölkənin cənubundakı anbarların birində axtarış zamanı ümumi dəyəri 30 mln dollardan çox olan böyük həcmdə kokain aşkarlayıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, polis əməkdaşları Raamsdonksveer şəhərinin mərkəzində yerləşən anbarda reyd keçiriblər.

Məlumata görə, narkotik vasitələr “Ananas şirəsi” qablarından tapılıb. Polisin məlumatına görə, ümumilikdə 1,1 ton kokain aşkarlanıb.

Narkotik vasitələrin daşınmasında şübhəli bilinən 4 şəxs saxlanılıb. Saxlanılan şəxslərin 22-28 yaşları var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR