Dmitri Medvedev: “Vahid Rusiya” partiyası seçkilərdə qələbə qazanıb

Dmitri Medvedev: “Vahid Rusiya” partiyası seçkilərdə qələbə qazanıb
# 18 sentyabr 2016 20:48 (UTC +04:00)

Bakı – APA. Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə hakim “Vahid Rusiya” Partiyası qələbə qazanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev bəyan edib.

“Yeni Dövlət Dumasında “Vahid Rusiya” mütləq çoxluğa malik olacaq”, deyə D.Medvedev bildirib.

Qeyd edək ki, 2003-cü ildən etibarən Rusiyada parlament seçkiləri qarışıq sistem üzrə keçirilir. Deputatların yarısı – 225 nəfər proporsional qaydada, yəni partiya siyahısı, digər yarısı isə majoritar qaydada-birmandatlı dairələr üzrə seçilir. Deputat mandatı uğrunda 14 siyasi partiya və 2100-ə yaxın müstəqil namizədlər mübarizə aparıb. Ümumilikdə Duma seçkilərinə 6,5 min namizəd qeydə alınıb.

Mərkəzi Seçki Komissiyasının federal siyahısında 14 partiya – “Rodina”, “Rusiya Kommunistləri", "Rusiya Pensiyaçıları", "Vahid Rusiya", "Yaşıllar", "Vətəndaş Platforması", "Rusiya Liberal Demokrat", "Xalq Azadlığı Partiyası- PARNAS", "Rusiya Vətənpərvərləri", "Artım", "Vətəndaş Gücü", "Yabloko", "Rusiya Federasiyası Kommunist" və "Ədalətli Rusiya" qeydiyyatdan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR