Baş Prokurorluq deputatlığa namizəd barəsində cinayət təqibi haqqında məlumatlara münasibət bildirib

Baş Prokurorluq deputatlığa namizəd barəsində cinayət təqibi haqqında məlumatlara münasibət bildirib
# 15 oktyabr 2015 15:36 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Baş Prokurorluq deputatlığa namizəd Vidadi İsgəndərov barəsində cinayət təqibi həyata keçirilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Vidadi İsgəndərov və bəzi dairələr sosial şəbəkələrdə və ayrı-ayrı KİV-də təqib olunması və həbs olunacağı barədə informasiyalar yayıblar: “Baş Prokurorluq həmin məlumatları qəti şəkildə təkzib edir. Həmin məlumatların heç bir hüquqi əsası yoxdur. Vidadi İsgəndərov barəsində hüquq-mühafizə orqanlarında hər hansı cinayət təqibi həyata keçirilmir və onun toxunulmazlığı qanunla qorunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR