TRACECA dəhlizi ilə daşınan yük və sərnişinlərin həcmi açıqlanıb

TRACECA dəhlizi ilə daşınan yük və sərnişinlərin həcmi açıqlanıb
# 07 oktyabr 2016 15:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 33 237,9 min ton, yük dövriyyəsi isə 6 420,1 mln. ton-km olub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yüklərin 21,297 mln. tonu və ya 64,1%-i avtomobil nəqliyyatı, 8 mln. 950,2 min tonu və ya 26,9%-i dəmir yolu nəqliyyatı, 2 mln. 990,7 min tonu və ya 9%-i dəniz nəqliyyatı ilə daşınıb.

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 6,6% azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 15,1% və 30,5%) olub.

Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7% artıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 14,6%-ini və ya 4 mln. 855,5 min tonunu tranzit yüklər təşkil edib.

Bu ilin yanvar-avqust aylarında dəhliz vasitəsilə 229,5 mln. sərnişin daşınıb, sərnişin dövriyyəsi 4,596 mlrd. sərnişin-km olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,2%, sərnişin dövriyyəsi isə 1,5% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR