“Azəryolservis” yollarda yağış-kanalizasiya sisteminin qurulmasına start verib

“Azəryolservis” yollarda yağış-kanalizasiya sisteminin qurulmasına start verib
# 08 oktyabr 2015 12:12 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Heydər Əliyev prospektinin “Sabunçu yol qovşağı”ndan (Komsomol dairəsi) Bakıxanov qəsəbəsinə gedən yolda səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin qurulmasına işlərinə start verilib.

“Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, yağış-kanalizasiya sisteminin qurulması üçün yolun kənarı 1,5-3,5 metr dərinlikdə qazılıb. Səth sularının normal axıdılması üçün 400 millimetr diametrlik borudan istifadə olunur, hər 25-30 metrdən bir kanalizasiya quyuları qoyulur. Bundan sonra qazılan ərazinin üstü bərkidilərək, asfaltlanacaq və quyuların üzərinə yağış barmaqlıqları qoyulacaq.

Qeyd edək ki, sözügedən ərazidə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi olmadığı üçün həm yağış yağarkən, həm də yolun kənarlarındakı yaşıllıq suvarılarkən axıdılan su yolun hərəkət hissəsinə yığılıb. Bu isə həm nəqliyyat vasitələrinin hərəkətinə mane olub, həm də yolun asfalt-beton örtüyünün yuyulmasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR