Ulyanovskdan Bakıya aviareys açılır

Ulyanovskdan Bakıya aviareys açılır
# 05 iyul 2016 14:29 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İyulun 15-dən etibarən Rusiyanın Ulyanovsk vilayətindən Bakıdan birbaşa aviareys açılacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə "Komsomolskaya pravda" qəzeti yazır.

Uçuşlar iyulun 15-dən sentyabrın 30-dək yerinə yetiriləcək. Uçuşlar həftədə bir dəfə - cümə günü baş tutacaq. Uçuşun müddəti 2 saat 45 dəqiqədir.

Bunadək Ulyanovskdan Bakıya Kazan üzərindən uçuşlar yerinə yetirilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR