Dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi azalıb

Dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi azalıb
# 16 aprel 2016 11:44 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Dəniz nəqliyyatı ilə cari ilin yanvar-mart aylarında daşınmış yüklərin həcmi 1257,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 36,4% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 41,2%- neft yükləri təşkil edib

Dəniz limanları tərəfindən 2163,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 2026,8 min tonunu və ya 93,7%-ni tranzit yüklər təşkil edib. Aprel ayının 1-i vəziyyətinə limanlarda qalan idxal yüklərin həcmi 23,7 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2015-ci ilin müvafiq dövrünə nisbətən 2,0 dəfə artaraq 3,4 min nəfər olub.

Ümumilikdə rüb ərzindəki yükdaşımaların 2,6%-i dəniz nəqliyyatının payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR