Azərbaycanda bir gündə 3 nəfər bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycanda bir gündə 3 nəfər bədbəxt hadisə nəticəsində ölüb
# 05 oktyabr 2015 10:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda bir gündə 3 nəfər bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 3-də Samux rayonunun Ziyadlı kəndində avtomobillərin yuyulması sexində işləyən Bəxtiyar Məmmədov elektrik cərəyanı vurması nəticəsində ölüb.

Oktyabrın 3-də isə Yardımlı rayonunun Urağaran kəndində yaşayan Ramiz İmanov və Samux rayonunun Kolayır kəndində yaşayan Tofiq Əliyev həyətlərində qoz ağacından yıxılaraq ölüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR