Dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı və azərbaycanlı qadına hökm oxunub - YENİLƏNİB

Dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı və azərbaycanlı qadına hökm oxunub - <span style="color: red;">YENİLƏNİB
# 22 sentyabr 2015 13:47 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nigar Abdullayevaya hökm oxunub. Hökmə əsasən, N. Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttiham aktına görə, o Türkiyə vətəndaşı Ramazan Kocakaya adlı şəxslə əlbir olaraq işə düzəltmək adı ilə vətəndaşların pulunu mənimsəyiblər. Hər iki şəxs Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur.

 

***

14: 06

 

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Ramazan Kocakayanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA-nın məlumatına görə, məhkəmənin hökmünə əsasən R. Kocakaya 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Ramazan Kocakaya Cinayət Məcəlləsinin 178.3.2 ( Külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR