Bakıda avtomobil yol ayrıcına çırpılıb, ölən var

Bakıda avtomobil yol ayrıcına çırpılıb, ölən var
# 10 iyun 2017 09:35 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 9-da saat 11 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində Abşeron rayon sakini Nurlan Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə onun sərnişinlərindən həmyerlisi Sadiq Məsiyev hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR